DÜNYA

Tramp Cənubi Koreyaya səfər edib
07 NOYABR
68

Tramp Cənubi Koreyaya səfər edib

2017-11-07 09:20:00

ABŞ prezidenti Donald Tramp Cənubi Koreyaya səfər edib.

Fins.az Report-a istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatları liderinin təyyarəsi ABŞ-ın Seuldan 60 kilometr məsafədə, Osanada yerləşən hərbi-hava bazasında yerə enib.

Təyyarənin uçuş-enmə zolağında zolağında Trampı və onun xanımı Melanyeni Koreya Respublikasının xarici işlər naziri Kan Qyon Xva, hökumət nümayəndələri, səfirliyin əməkdaşları, həmçinin ABŞ-ın Cənubi Koreyadakı hərbi kontingentinin komandanlığı qarşılayıb.

Tramp Koreyaya gəlişindən dərhal sonra ABŞ-ın Pxyontxek şəhərindəki yeni hərbi bazasına yola düşüb. O, düşərgəyə baş çəkdikdən sonra prezident Mun Çje Unla görüşmək üçün Seula yola düşəcək.

Gözlənilir ki, səfərin əsas mövzusu Koreya Xalq Demokratik Respublikasının raket-nüvə problemi, həmçinin ABŞ və Koreya Respublikası arasında azad ticarət haqqında razılaşma məsələsi olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291