DÜNYA

Meksikada iri neft yatağı aşkar edilib
06 NOYABR 2017
222

Meksikada iri neft yatağı aşkar edilib

2017-11-06 12:05:00

Meksikanın “Petrоleos Mexicanos” (Pemex) dövlət neft-qaz şirkəti Verakrus ştatı ərazisində iri neft yatağı aşkar edib. Fins.az-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin yaydığı açıqlamada bildirilir.

Məlumata əsasən, yatağın 1,5 milyard barreldən çox neftə malik olduğu güman edilir. 2017-ci ildə Meksikada neft hasilatı kəskin aşağı düşüb. İyulda gündəlik hasilat təxminən 2 milyon barrelədək azalıb. Bununla belə, Meksika OPEC-ə üzv olmayan ölkələr arasında ən iri neft istehsalçılarından biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0865
  • ₽ RUB
    0.0300