DÜNYA

ABŞ-da aktiv neft quyularının sayı kəskin azalıb
06 NOYABR
112

ABŞ-da aktiv neft quyularının sayı kəskin azalıb

2017-11-06 10:51:00

ABŞ-da aktiv neft quyularının sayı 30 oktyabr-3 noyabr həftəsində 8 ədəd və ya 1,09% azalaraq 729 ədəd təşkil edib. ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı isə hesabat həftəsi ərzində 11 ədəd və yaxud 1,21% azalaraq 898 ədədə geriləyib.

Bu barədə Fins.az ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir.

Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 279 ədəd və yaxud 62%, qaz quyularının sayı isə 52 ədəd və ya 44,4%, ümumilikdə isə neft-qaz quyularının sayı 329 ədəd və yaxud 57,8% artıb.

Ümumiyyətlə, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən il mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimumdan 2,3 dəfə çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 54,7% aşağıdır.

"Report"un analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay ərzində neftin qiymətinin 50-65 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir: "Neftin qiymətinin 50 dollar/barel ətrafında olması ABŞ-da aktiv neft quyularının sayının artmasını ləngidəcək, 65 dollar/bareli ötməsi isə quyuların sayının artmasını sürətləndirəcək". Hazırda aktiv quyuların sayında müşahidə olunan azalmanın səbəbi kimi baş vermiş qasırğalar göstərilir. Qısa müddət ərzində aktiv quyuların sayında kəskin artım müşahidə oluna bilər.

Xatırladaq ki, cari il avqustun 11-də ABŞ-da aktiv neft quyularının sayı bu ilin maksimum həddinə çataraq 768 ədəd təşkil edib və hazırda aktiv quyuların sayı bu səviyyədən 39 ədəd və ya 5,08% aşağıdır. ABŞ-da neft hasilatı bu həftə 46 min barel və ya 0,48% artaraq 9,553 mln. barel/gün təşkil edib. Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı tarixi rekord həddən 880 ədəd və ya 54,7% az olsa da, hasilat göstəricisi tarixi rekord həddə çatmaq üzrədir. Belə ki, hazırda ABŞ-da neft hasilatı tarixi rekord hədd olan 9,611 mln. barel/gündən 58 min barel və ya 0,6% azdır. Yaxın zamanda ABŞ-ın neft hasilatının rekordu yeniləyəcəyi gözlənilir.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287