DÜNYA

ABŞ-ın 19.94 trilyon dollar borcu var
06 NOYABR 2017
314

ABŞ-ın 19.94 trilyon dollar borcu var

2017-11-06 10:12:00

Dünyanın ən böyük iqtisadi mərkəzləri-ABŞ, Çin, Yaponiya 63 trilyon dollarlıq “qlobal hökumət borcları sıralaması”nda ilk üçlükdə yer alıb.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına görə, dünyadakı hökumətlərin toplam borcu 63 trilyon dollardır. ABŞ, Çin və Yaponiyanın ümumi borcu “qlobal borclar”ın 58.5%-ni təşkil edir.

ABŞ 19.94 trilyon dollarlıq borcla sıranın lideridir. Bu da ümumi borcun 32%-i deməkdir.

11 trilyon dollarla sıranın ikincisi olan Yaponiya ümumi borcun 18.8%-ni qarşılayır.

Çinin toplam borcu isə 5 trilyon dollardır. Bu da ümumi borcun 8%-i deməkdir.

©BBN

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267