DÜNYA

TANAP qaz kəmərinin dəyəri dəqiqləşdirildi
06 NOYABR
103

TANAP qaz kəmərinin dəyəri dəqiqləşdirildi

2017-11-06 10:06:00

Transanadolu boru kəmərinin (TANAP) dəyəri 7,9 milyard dollar təşkil edir. Fins.az-ın məlumatına görə, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.

O qeyd edib ki, qaz kəmərinin tikintisi üzrə işlərin 93 faizi yekunlaşıb: "Layihənin dəyəri 7,9 milyard dollar təşkil edir. Ümumilikdə tikinti işləri çərçivəsində 3,8 milyard dollar qənaət edilib".

S.Düzyol bildirib ki, TANAP-ın inşası çərçivəsində indiyədək 3,65 milyard dollar dəyərində kredit sazişləri imzalanıb:

"2018-ci ilin əvvəlində Türkiyə-Gürcüstan sərhədində boru kəmərinin sınaqdan keçirilməsi prosesinə başlanacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291