DÜNYA

Jeff Bezos “Amazon”da 1,1 mlrd. dollarlıq səhm satıb
06 NOYABR 2017
186

Jeff Bezos “Amazon”da 1,1 mlrd. dollarlıq səhm satıb

2017-11-06 09:33:00

“Amazon” hissələrində keçən həftə başlayan yüksəliş şirkətin rekordlarını arxa-arxaya təzələyib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Belə ki, Şirkətin hissələri 1111 dollarla rekord qırarkən, ilin əvvəlindən bu yana olan yüksəliş 48% olub. Şirkətin bu cür rekordları onun qurucusu Jeff Bezosu bir anda dünyanın ən zəngin insanlarından elədi. J.Bezosun sərvəti şirkət hissələrindəki bahalaşma ilə son 1 həftədə 14.3% artımla 100 milyard dollar olub.

J.Bezos bu artımdan öz payına düşəni satış edərək aldı. Belə ki, şirkət rəhbəri əlindəki hissələrin təxminən 1.3%-ni sataraq, 1.1 milyard dollar qazanıb.

Əslində, bu satış sürpriz qərar deyil. Çünki, J.Bezos aprel ayında verdiyi açıqlamada deyib ki, kosmos turizmi şirkəti ” Blue Origin”nin hədəflərinə daha tez çatması üçün hər il 1 milyard dollar hissə satışını həyata keçirəcək. J.Bezosun qazandığı pulları “Blue Origin”nin işləri üçün ayırması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267