DÜNYA

Türkiyədə inflyasiya 9 illik maksimuma çatıb
03 NOYABR
194

Türkiyədə inflyasiya 9 illik maksimuma çatıb

2017-11-03 16:06:00

Türkiyədə bu ilin oktyabr ayında aylıq inflyasiya 2,08%, illik isə 11,9% təşkil etməklə 2008-ci ildən sonra ən maksimal həddə çatıb. Oktyabr ayında istehsalçı qiymətləri aylıq 1,71%, illik isə 17,28% artıb.

Ən yüksək artım oktyabr ayında qadın sviterlərində (+37,92%), ən çox azalma isə ölkədaxili turlarda (-27,12%) müşahidə olunub.

"Report" xəbər verir ki, inflyasiya göstəricilərinin açıqlanmasından sonra Türkiyədə dolların məzənnəsi 1%-ə yaxın yüksələrək 3,83 lirə səviyyəsinə, etalon kimi qəbul edilən 2-illik dövlət istiqrazlarının gəlirliliyi isə 0,16 faiz bəndi artaraq 13,20%-ə çatıb. Analitik qrup noyabr ayında Türkiyədə dolların məzənnəsinin 4,0 lirə həddini aşacağını, faizlərin isə 15% səviyyəsinə yaxınlaşacağını proqnozlaşdırır.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291