DÜNYA

Bu gün ABŞ-da dolların məzənnəsinə təsir edəcək göstəricilər açıqlanacaq
03 NOYABR
363

Bu gün ABŞ-da dolların məzənnəsinə təsir edəcək göstəricilər açıqlanacaq

2017-11-03 10:54:00

Bu gün ABŞ-da dolların məzənnəsinə təsir edə biləcək önəmli iqtisadi göstəricilər açıqlanacaq. Analitiklər xəbər verir ki, Bakı vaxtı ilə saat 16:30-da ABŞ üzrə oktyabr ayının orta saathesabı əmək haqqı göstəricisi məlum olacaq. Analitiklər bu göstəricinin 0,2% artacağını proqnozlaşdırırlar. Bununla yanaşı, daha önəmli göstərici olan kənd təsərrüfatı istisna olmaqla məşğulluq göstəricisi açıqlanacaq. Bu göstəricinin isə 310 min nəfər artması ehtimal edilir.

Həmçinin, oktyabr ayının xarici ticarət saldosu və işsizlik göstəricisi açıqlanacaq. Xarici ticarət saldosunun mənfi 43,2 mlrd. dollar, işsizliyin isə 4,2% olması proqnozlaşdırılır.

Bakı vaxtı ilə saat 18:00-da isə qeyri-istehsal sektorunda işgüzar fəallıq indeksi məlum olacaq. Bu göstəricinin də maliyyə bazarlarına təsiri çoxdur. Analitiklər adı çəkilən indeksin 58,5 bənd olacağını proqnozlaşdırırlar.

"Report"un analitik qrupu bildirir ki, adı çəkilən göstəricilərin proqnozları üstələməsi dolların bahalaşmasına gətirib çıxaracaq.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291