DÜNYA

Rusiya oktyabrda neft ixracını kəskin yüksəldib
02 NOYABR
134

Rusiya oktyabrda neft ixracını kəskin yüksəldib

2017-11-02 14:46:00

 Rusiyada neft hasilatının həcmi bu ilin oktyabr ayında 46,23 mln. ton və ya 10,931 mln. barel/gün təşkil edib. 

Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Energetika Nazirliyinin Mərkəzi Dispetçer İdarəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, oktyabr ayında hasilat sentyabrla müqayisədə 0,2% artıb, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 2,7% azalıb.

Oktyabr ayında Rusiya 24,377 mln. ton və ya 5,764 mln. barel/gün neft ixrac edib. Bu, sentyabr ayı ilə müqayisədə 9,6%, ötən ilin anloji dövrü ilə müqayisədə isə 1% çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291