DÜNYA

Rusiya bu ölkədən quş əti idxalını dayandırdı - "Quş qripi"nə görə
02 NOYABR
135

Rusiya bu ölkədən quş əti idxalını dayandırdı - "Quş qripi"nə görə

2017-11-02 14:13:00

Rusiya bu gündən başlayaraq Bolqarıstandan quş əti idxalını müvəqqəti dayandırıb.

Fins.az-ın Trend-ə istinadən məlumatına görə, buna Bolqarıstanın bir sıra bölgələrində "quş qripi" ilə bağlı yaranmış təhlükəli vəziyyət səbəb olub.

Qeyd olunur ki, qadağa quş ətinə, quş əti məhsullarına, eləcə də quşlar üçün nəzərdə tutulan qidaya şamil edilib.

Qadağanın müddəti açıqlanmayıb.

Qeyd edək ki, bu yaxınlarda Rusiya məhsul idxal etdiyi və embarqo qoyulan ölkələrin siyahısını genişləndirib. Yeni qərara əsasən Avropa İttifaqı, ABŞ, Kanada və digər ölkələrdən canlı donuz və donuz məmulatlarının idxalı qadağan edilib.

Xatırladaq ki, daha öncə isə "Afrika taunu" virusu səbəbindən Rusiya Estoniyadan ət məhsullarının tədarükünə qadağa qoymuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291