DÜNYA

"Wall Street Journal" FED-in yeni rəhbərinin adını açıqlayıb
02 NOYABR
163

"Wall Street Journal" FED-in yeni rəhbərinin adını açıqlayıb

2017-11-02 08:41:00

Cerom Paeull Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) yeni rəhbəri olacaq. Fİns.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Wall Street Journal" nəşri öz mənbələrinə istinadən yazır.

C. Pauell hazırda FED-in İdarəedicilər Şurasının üzvüdür. 

Jurnalın yazdığına görə, Ağ ev C. Paeulli xəbərdar edib ki, D. Tramp onun namizədliyini FED rəhbəri vəzifəsinə irəli sürəcək.

FED-in hazırkı rəhbəri Canet Yellenin səlahiyyət müddəti 2018-ci ilin fevral ayında başa çatır. 

Bundan öncə D. Tramp bəyan edib ki, FED-in yeni rəhbərinin adı cümə axşamı açıqlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291