DÜNYA

“Bitcoin Gold” almaq istəyənlərə bəd xəbər: 6 dəfə ucuzlaşdı
01 NOYABR
233

“Bitcoin Gold” almaq istəyənlərə bəd xəbər: 6 dəfə ucuzlaşdı

2017-11-01 14:40:00

Bitkoinin növbəti “hardfork”undan (bölünməsindən) sonra yaranan “Bitcoin Gold”un (BTG) qiyməti tədavülə başladığı 24 oktyabrdan sonrakı bir həftə ərzində 5,5 dəfə ucuzlaşaraq 87 dollara düşüb.

Ucuzlaşmaya səbəb “Twitter” sosial şəbəkəsində yayılan BTG-yə genişmiqyaslı “DDOS” hücumu barədə xəbər olub.

Qeyd edək ki, BTG-lər bitkoin kriptovalyutasının bölünməsindən yaranıb və ona yalnız bölünmə zamanı əlində “Bitcoin” olanlar sahib olublar. Analitiklər bildirirlər ki, ucuzlaşmaya digər bir səbəb də BTG sahiblərinin onları qısa zamanda satıb gəlir əldə etmək istəməsi amili olub. Belə ki, BTG-nin ilkin qiyməti 480 dollar olub. Xatırladaq ki, bölünmədən sonra yaranan BTG-lərin sayı 491 407 ədəddir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291