DÜNYA

FED-in bugünkü iclasında uçot dərəcəsini dəyişdirməsi gözlənilmir
01 NOYABR
202

FED-in bugünkü iclasında uçot dərəcəsini dəyişdirməsi gözlənilmir

2017-11-01 09:52:00

Ötən gün başlayan ABŞ Federal Ehtiyat Sisteminin (FED) növbəti iclası bu gün başa çatır. Fins.az Report-a istinadən xəbər verir ki, iclasda uçot dərəcəsinin dəyişdirilməsi gözlənilmir. ABŞ istiqrazlarının fyuçers kontraktlarına görə, maliyyə bazarları bu gün uçot dərəcəsinin artırılması ehtimalını 0% kimi qiymətləndirir.

Qeyd edək ki, FED-in növbəti iclası dekabrın 12-13-də keçiriləcək. Bu iclasda uçot dərəcəsinin artırılmnası ehtimalı isə hazırda 85% təşkil edir. Belə ki, FED-in sentyabrın 20-də keçirdiyi son monetar siyasət iclasından sonra ABŞ-ın iqtisadi göstəriciləri yaxşılaşıb, vergi islahatları ilə bağlı müsbət addımlar atılıb, fond indeksləri isə yüksəlib.

Növbəti iclasa qədər dolların qlobal valyuta bazarında möhkəmlənməyə davam etməsi proqnozlaşdırılır. Xatırladaq ki, bugünkü iclasdan sonra mətbuat konfransı keçirilməyəcək.

Aşağıdakı cədvəldə ABŞ iqtisadiyyatının son iclasdan bu günədək olan iqtisadi göstəriciləri əks olunub:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287