DÜNYA

Yunan şirkətləri vergi yükünə görə Kiprə köçürülür
30 OKTYABR
105

Yunan şirkətləri vergi yükünə görə Kiprə köçürülür

2017-10-30 09:21:00

Yunanıstanın “Kafimerini” nəşrinin məlumatına əsasən, son zamanlar çoxlu sayda şirkət xeyli yüksək olan vergiləri ödəməkdən yayınmaq məqsədilə öz aktivlərinin böyük hissəsini Yunanıstan yurisdiksiyasından Kipr yurisdiksiyasına köçürməyə başlayıb.

Fins.az vergiler.az saytına istinadla bildirir ki, buna oxşar vəziyyət əhali arasında da müşahidə olunmaqdadır. Belə ki, fərdi sahibkarlar, həkimlər, hüquqşünaslar, analitiklər kütləvi şəkildə Kiprdə öz ofislərini açıblar.

Yunanıstanın vergi rezidentlərinin qənaətinə görə, artıq insanlar üçün ölkədə bizneslə məşğul olmaq sərfəli deyil. Məsələn, Kiprə köçmüş vəkillərdən biri deyib ki, 180 min avro məbləğində illik qazancından gəlir vergisi və digər vergilər kimi 71 min avro ödəyir. Sosial təminat fondlarına ödənişlər də nəzərə alınanda bu məbləğ 120 minə qalxır. Kiprdə ödəməli olacağı vergiləri hesablayarkən aydın olub ki, oradakı ödənişlərin ümumi məbləği cəmi 30 min avro təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291