DÜNYA

Rusiya noyabrın 1-dən Türkiyədən pomidor idxalına başlayır
27 OKTYABR
199

Rusiya noyabrın 1-dən Türkiyədən pomidor idxalına başlayır

2017-10-27 16:13:00

Rusiya Federasiyasının (RF) Nazirlər Kabineti 2017-ci il noyabrın 1-dən Türkiyə pomidorlarının Rusiya ərazisinə tədarükünə icazə verib.

Dəyişiklik 2017-ci il noyabrın 1-dən etibarən Rusiya Kənd Təsərrüfatı Nazirliyinin müəyyənləşdirdiyi həcmdə Türkiyə pomidorlarının Rusiya bazarına tədarükünə imkan verəcək.

Bundan əvvəl kənd təsərrüfatı naziri Aleksandr Tkaçyov qeyd edib ki, Türkiyədən Rusiyaya 50 min ton həcmində olan pomidor tədarükü ümumilikdə bazara təsir etmir. Onun sözlərinə görə, Rusiya bir çox ölkələrdən, o cümlədən Mərakeş, Azərbaycan, Özbəkistan, Belarusdan pomidor ixrac edir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287