DÜNYA

Türkiyədə dolların məzənnəsi tarixi rekord həddə yaxınlaşır
27 OKTYABR 2017
1670

Türkiyədə dolların məzənnəsi tarixi rekord həddə yaxınlaşır

2017-10-27 12:17:00

Türkiyədə ABŞ dollarının məzənnəsi tarixi rekord hədd olan 3,94 lirə səviyyəsinə yaxınlaşırAnalitiklər bildirir ki, dolların məzənnəsinin sürətlə artmasına səbəb Mərkəzi Bankın (TCMB) dünənki iclasında uçot dərəcəsinin sabit saxlanılması, Türkiyə-ABŞ və Türkiyə-Aİ münasibətlərinin, xüsusilə də Almaniya ilə siyasi gərginliyin yaşanması amilləridir. Yüksək inflyasiya fonunda uçot dərəcəsinin artırılmaması xarici portfel investorlarının Türkiyə maliyyə bazarlarından tədricən çəkilməyə başlamasına gətirib çıxarır.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyə nağd valyuta bazarında dolların məzənnəsi 3,84 lirə səviyyəsinə yüksəlib. Bu da 2017-ci il yanvar ayının 10-da qeydə alınmış 3,94 TRY/USD səviyyəsinə çox yaxındır. 

Xatırladaq ki, qlobal bazarda dolların ucuzlaşması səbəbindən bu il sentyabr ayının 12-də Türkiyədə ABŞ valyutasının məzənnəsi 3,38 lirə səviyyəsinə kimi geriləyib: "Lakin yuxarıda sadalanan səbəblərdən dollar 1,5 ay ərzində 14%-ə yaxın bahalaşıb. Artıq ilin sonuna qədər dollar 4 TRY/USD həddini də ötə bilər".

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267