DÜNYA

Uber kredit kartı buraxdı
27 OKTYABR
127

Uber kredit kartı buraxdı

2017-10-27 11:58:00

Taksi sifarişi xidməti Uber Visa şirkəti və İngiltərənin Barclays bankı ilə əməkdaşlıq edərək şəxsi kredit kartını buraxıb. Şirkət bu haqda məlumatı Money2020 konfransında verib.

Fins.az Banker.az-a istinadən xəbər verir ki, kart 2 noyabr tarixindən Uber tətbiqetməsində və şirkətin saytında istifadəçilər tərəfindən sifariş oluna biləcək. Kreditin verilməsi barədə qərar bir neçə dəqiqə ərzində verilir. İstifadəçilər Uber tətbiqetmələrində və UberEats-də dərhal virtual kartdan istifadə etməyə başlaya bilərlər. Fiziki kartı isə həftə ərzində poçt vasitəsilə əldə etmiş olacaqlar.

Kart üzrə xidmət haqqı nəzərdə tutulmayıb və limitsizdir. Kredit faizi isə borcalanın risk dərəcəsindən asılı olaraq 16%-dən 24,74%-ə qədər ola bilər.

Uber həmçinin kart üzrə bonus proqramını da işə salacaq. İstifadəçilərə 500 Abş dolları xərcləndikdən sonra əlavə olaraq 100 dollar da təqdim ediləcək. Restoran və barlarda edilən xərclərə görə 4, aviabiletlər və otellərdə və Airbnb servisində mənzil icarəsinə görə 3, online alış-verişə görə 2 və yerdə qalan bütün digər şeylərə görə 1% cashback nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287