DÜNYA

43 il əvvəl yaranmış borc
23 OKTYABR
153

43 il əvvəl yaranmış borc

2017-10-23 14:22:00

Stokholm Pxenyandan 43 il əvvəl yaranmış borcu qaytarmasını tələb edib.

Bu barədə KBS radiostansiyası EKN sığorta şirkətinin məruzəsinə əsasən məlumat verir.

Radiostansiya bildirib ki, Şimali Koreya İsveçə 330 milyon dollar borcludur.

“KXDR İsveçə borcu olan, amma bu borcu qaytarmağa heç cəhd də göstərməyən yeganə dövlətdir”, - deyə KBS bildirib. 

Qeyd edək ki, KXDR 1974-cü ildə İsveçdən bir neçə min "Volvo" avtomobili və bir sıra digər məhsullar alıb. Amma malların qəbulundan sonra rəsmi Pxenyan hər dəfə müxtəlif səbəblər gətirməklə, pulu köçürməkdən boyun qaçırıb. 

Bildirilir ki, Pxenyanın borcu ilk il 73,5 milyon dollar olub, lakin son illər faizlər nəticəsində borc 4,5 dəfə artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287