DÜNYA

Türkiyədə dolların məzənnəsi yenidən 3,70 lirəni ötüb
23 OKTYABR
172

Türkiyədə dolların məzənnəsi yenidən 3,70 lirəni ötüb

2017-10-23 10:40:00

Türkiyədə ABŞ dollarının məzənnəsi yenidən 3,70 lirə səviyyəsini keçib. Fins.az xəbər verir ki, dünən Asiya bazarlarında TRY/USD məzənnəsi 3,72-yə qədər yüksəlib.

Analitiklər Türkiyədə dolların məzənnəsinin sərt yüksəlməsinin digər inkişaf etməkdə olan ölkələrə yayıla biləcəyindən ehtiyat etdiklərini bildiriblər. Dolların yüksəlməsinə səbəb kimi ötən həftənin sonunda Türkiyə Prezidentinin ABŞ-ı tənqid etməsi amili göstərilir.

Qeyd edək ki, hazırda Türkiyədə dolların məzənnəsi 3,70 lirəyə yaxındır. Məzənnənin 3,80 səviyyəsinə qədər artması, lakin ilin sonunda 3,75 səviyyəsində sabitləşməsi gözlənilir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285