DÜNYA

Kataloniyanı 805 şirkət tərk edib
20 OKTYABR
302

Kataloniyanı 805 şirkət tərk edib

2017-10-20 16:51:00

Kataloniya muxtariyyətinin İspaniyadan ayrılmaq iddiası ilə qanunsuz referendum keçirməsi ciddi iqtisadi itkilərə səbəb olur. Referendumun keçirildiyi 1 oktyabr tarixindən sonra Kataloniyanı 805 şirkət tərk edərək İspaniyanın digər ərazilərinə köçüb.

Fins.az xəbər verir ki, Kataloniya Qeydiyyat Kollegiyasının açıqladığı rəqəmlərə görə, muxtariyyəti tərk edən şirkətlərdən 708-i Barselonadan, digərləri isə Lerida, Tarraqona və Jironadan köçüb. Baş ofislərini Kataloniyadan köçürən şirkətlər sırasında “Zurich”, “Axa”, “MGS Seguros” kimi nəhəng sığorta şirkətləri və “La Caixa”, “Sabadell” banklar da var. Onlar qərarlarını “hüquqi təhlükəsizlik zonasına köçmək”lə izah ediblər.

İspaniyanın iqtisadiyyat naziri Luis Gindosa bəyan edib ki, bu, hələ başlanğıcdır. Əgər sadəcə siyasi qeyri-sabitlik bunlara səbəb olubsa, vilayət müstəqillik elan etdikdən sonra baş verə biləcəkləri təsəvvür etmək çətin deyil.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285