DÜNYA

80 milyard dollar investisiya
20 OKTYABR
181

80 milyard dollar investisiya

2017-10-20 15:16:00
Amerika Birləşmiş Ştatlarının analitik tədqiqatlarla məşğul olan Brukinq İnstitutu pilotsuz avtomobillərin istehsalına yatırılmış vəsaitlərin həcmini hesablayıb. Bu barədə “The. telegraph.com” saytı xəbər verib.
Tədqiqatçılar 160 şirkətin müqaviləsini incələdikdən sonra bildiriblər ki, dünya üzrə ümumilikdə robomobil istehsalına 80 milyard dollar investisiya yatırılıb. İncələnmiş sənədlərə investisiyalar, əməkdaşlıq və satınalma müqavilələri daxildir. Araşdırmalar nəticəsində o da məlum olub ki, hesablamalar yalnız maliyyə sirləri açıq olan mənbələr üzərində aparılıb.
Mütəxəssislərin fikrincə, faktiki olaraq bu sahəyə yatırılmış investisiyaların ümumi miqdarı daha çoxdur. Analitiklər hesab edirlər ki, hazırda süni intellekt şirkətlər üçün ən ideal sahədir. Qeyd edək ki, son zamanlar texnoloji şirkətlər, ənənəvi avtomobil istehsalçıları və cihaz təchizatçıları arasında xüsusi əlaqə yaranıb. Buna səbəb onların rəqiblərinin çox az olması- dır. Bu isə həmin şirkətlərin süni zəka sahəsində lider olması üçün mühüm amildir
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287