DÜNYA

Goldman: Bitcoin "yeni qızıl" deyil
19 OKTYABR
177

Goldman: Bitcoin "yeni qızıl" deyil

2017-10-19 14:45:00

"Goldman Sachs" müştərilərinə göndərdiyi arayışda, qızıl almağın nə üçün daha faydalı olduğuna dair fikirlər bildirib. 

Fins.aaz xəbər verir ki, qiymətli metalların uzunmüddətli ən yaxşı investisiya vasitələri olduğunu bildirən qurum, bəzilərinin Bitcoin-i "rəqəmsal qızıl" adlandırmasının əleyhinə çıxıb.

Goldman, Bitcoin-in kiber hücumlara qarşı "həssas" olduğunu, qiymətlərdə yüksək volatillik olduğunu vurğulayıb. Virtual valyutalarda dövlətlərin tələblərindən qaynaqlana biləcək risklər olduğunu da bildirən Goldman, buna misal olaraq Çindəki son Bitcoin qadağasını göstərib.

Böhran dövrlərində kripto pulların yeni forma ala biləcəyini, bu yay Bitcoin və Bitcoin Cash olmaq üzrə iki fərqli kripto valyutanın ortaya çıxdığını xatırladıb.

Goldman, qızılda gündəlik volatilliyin (qiymət dəyişikliyinin) daha az olduğunu qeyd edərək, 2017-də Bitcoin-dəki volatilliyin qızıldan təxminən 7 dəfə çox olduğuna diqqət çəkib. Qurum "Kripto valyutalar son dövrdəki məşhurluğuna baxmayaraq, "yeni qızıl" deyil" açıqlamasına  da yer verib.

Qızıl bu il 10% bahalaşıb. Qiyməti kəskin dəyişən virtual pul vahidi Bitcoinisə  400%-dən çox bahalaşmışdır.. 

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287