DÜNYA

Türkiyə pomidorunun Rusiyaya gedəcəyi tarix məlum oldu
18 OKTYABR
240

Türkiyə pomidorunun Rusiyaya gedəcəyi tarix məlum oldu

2017-10-18 17:30:00

Rusiya-Türkiyə Hökumətlərarası Komissiyasının həmsədri olan Aleksandr Novak, Türkiyədən pomidor idxalına nə vaxt icazə veriləcəyinə dair bir suala, "Bu məsələdə qərar verilib. Hazırda 1 Dekabrdan etibarən 4 Türk şirkətindən 50 min ton pomidor alınmsına dair qanuni tədbirlər görülür. Sənədlərin təsdiq olunması üzərində çalışılır" deyib.

Fins.az xəbər verir ki, Rusiya bunun qarşılığında toyuq əti və qırmızı ətin Türkiyə bazarına satılmasına tətbiq edilən qadağanın ləğv edilməsini istəyir.

Rusiya və Türkiyə rəsmilərinin, 21 Oktyabrda hökumətlərarası komissiyanın iclası çərçivəsində keçirəcəkləri görüşlərdə, Rusiyada istehsal olunan toyuq əti və qırmızı ətin Türkiya bazarına satılması ilə bağlı qadağanın da müzakirə ediləcəyini qeyd edən Novak, "Kommersiya baryerləri aradan qaldırılmalıdır" ifadələrini istifadə edib.

Pomidor, Türkiyə F-16-larının 2015-ci ilin Noyabr ayında bir Rusiya təyyarəsini vurması səbəbindən Rusiyanın Türkiyədən idxalını dayandırdığı bir sıra kənd təsərrüfatı məhsulundan biri idi.

Münasibətlərin 2016-cı lin ortasında yaxşılaşmağa başlamasından sonra Rusiya, bir çox məhsulun Türkiyədən idxalını qadağanı mərhələli olaraq qaldırdı. 

Amma pomidora qarşı qadağa davam edib. Bunun səbəbi, Türkiyəyə qadağadan sonra Rusiyada yerli pomidor istehsalçılarına böyük kreditlərin verilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289