DÜNYA

"OPEC+ anlaşması 2018-ci ilin sonunadək uzadılmalıdır"
18 OKTYABR
167

"OPEC+ anlaşması 2018-ci ilin sonunadək uzadılmalıdır"

2017-10-18 15:16:00

OPEC və ona daxil olmayan ölkələr (OPEC+) neft hasilatının azaldılması ilə bağlı 2018-ci ilin mart ayının sonunda bitən anlaşmanı ən azı 2018-ci ilin sonuna qədər uzatmalıdır. 

Fins.az xəbər verir ki, bu açıqlamanı Fransanın "Total" şirkətinin rəhbəri Patrik Puyanne (Patrick Pouyanne) verib.

"Əgər OPEC+ anlaşmasının effektivliyini istəyiriksə, o zaman anlaşma ən az 2 il davam etməlidir. 3-4 il ərzində neft bazarında ehtiyatların artıqlığı müşahidə olunursa, neft bazarının sabitləşməsi üçün zaman lazım olur", - deyə Puyanne "Oil and Money" konfransında bildirib.

"Total" rəhbəri bununla yanaşı qeyd edib ki, neft bazarında tədricən sabitləşmə gedir.

Qeyd edək ki, OPEC+ anlaşmasının iştirakçısı olan ölkələrin nazirlər səviyyəsində növbəti sammiti noyabrın 29-da Vyanada keçiriləcək.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287