DÜNYA

Dubay daha bir texnoloji yeniliyə imza atır
18 OKTYABR
298

Dubay daha bir texnoloji yeniliyə imza atır

2017-10-18 12:06:00

Son zamanlar Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Dubay təhlükəsizlik sahəsində bir sıra texnoloji yeniliyə imza atıb. Bunlardan biri də bu günlərdə Dubaydakı 6 polis məntəqəsinin qarşısında quraşdırılan “ağıllı” oturacaqlardır. Bu barədə “sputniknews.com” saytı xəbər verib. Bildirilir ki, “ağıllı” oturacaqlar yüksək keyfiyyətli materiallardan hazırlanıb və bir sıra texnoloji üstünlüklərə malikdir. Oturacaqlar naqilsiz enerji toplama və mobil qurğular üçün enerji yükləmə təmin edən 2 USB ötürücüdən ibarətdir. Bu oturacaqlar “4G” texnologiyası ilə internetə çıxış imkanına malikdir və bu da açıq sahələrdə istifadəçilər üçün faydalıdır. Bundan əlavə, yeni texnologiyadan istənilən hava şəraitində istifadə etmək mümkündür. Hava çox qızmar olduqda bu oturacaqlar temperaturu birbaşa olaraq tənzimləyir, qaranlıqda isə işıqlanır. “Ağıllı” oturacaqlardan, həmçinin polis haqqında və hava şəraiti barədə məlumat almaq olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291