DÜNYA

Sərvətləri 2,4 trilyondan 2,7 trilyon dollara qalxıb
18 OKTYABR
342

Sərvətləri 2,4 trilyondan 2,7 trilyon dollara qalxıb

2017-10-18 11:55:00

Forbes 2017-ci il üçün "Ən varlı 400 Amerikalı" siyahısını dərc edib.

Fins.az xəbər verir ki, Forbes-in siyahısında bu il də birinci yeri 89 milyard dollarlıq sərvətilə Bill Gates tutub.  Jeff Bezos 81,5 milyard dollar ilə ikinci və Warren Buffett 78 milyard dollar ilə üçüncü yeri tutub. 

Siyahıda yer alan adların ümumi sərvətləri 2016-ci ildəki 2,4 trilyon dollardan 2,7 trilyon dollar səviyyəsinə çıxıb.

Siyahıda son adamın sərvəti 2 milyard dollar olub. 2015 və 2016-da siyahıya girmək üçün 1,7 milyard dollar yetərli olmuşdu. 2017 siyahısına ötən illə müqayisədə 22 yeni ad daxil olub. 

"NETFLİX"İN BANİSİ HASTİNGS SİYAHIYA GİRİB

"Netflix"in banilərindən biri olan və hələ də Şirkətin İcraçı Direktoru olan Reed Hastings, Forbes-in "Ən Varlı 400 Amerikalı" siyahısına bu il girən 22 yeni addan biri olub. Hastings, 2017-ci ildə sərvətini 2,2 milyard dollara qaldırıb.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285