DÜNYA

Qadınlar üçün ən təhlükəli meqapolislərin adları açıqlanıb
17 OKTYABR
172

Qadınlar üçün ən təhlükəli meqapolislərin adları açıqlanıb

2017-10-17 12:38:00

 "Thomson Reuters Foundation" xeyriyyə təşkilatı araşdırma apararaq dünyanın hansı meqapolislərinin qadınlar üçün daha təhlükəli olduğunu müəyyənləşdirib.

Fins.az xəbər verir ki, araşdırmaların yekununda qadınlar üçün ən təhlükəli meqapolisin Misir paytaxtı Qahirə olduğu anlaşılıb.

Karaçi (Pakistan) və Kinşasa (Konqo) ikinci və üçüncü yerləri bölüşüb.

Dördüncü və beşinci yeri Hinditanın Dehli şəhəri və Perunun paytaxtı Lima tutub. İlk onluqda həmçinin Meksika (Mexiko Siti), Banqladeş (Dəkkə), Nigeriya (Laqos), İndoneziyanın (Cakarta) paytaxtı və Türkiyənin İstanbul şəhəri yer alıb.

Siyahıda Nyu-York 13-cü, Moskva isə 16-cı yerdə qərarlaşıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0287