DÜNYA

BVF-dən virtual pul xəbərdarlığı: Böyük çöküşlər görə bilərik
13 OKTYABR
160

BVF-dən virtual pul xəbərdarlığı: Böyük çöküşlər görə bilərik

2017-10-13 12:17:00

Beynəlxalq Valyuta Fondunun sədri Kristin Laqard (Christine Lagarde) CNBC-yə verdiyi müsahibəsində böyük mərkəzi bankları və tənzimləyici orqanları rəqəmsal pul vahidləri barədə xəbərdarlıq edib. 

Fins.az xəbər verir ki, Laqard, qlobal maliyyə qurumlarının,  ödəniş sistemləri və maliyyə xidmətlərini indidən "sarsıtmağa" başlayan virtual pulları kifayət qədər müşahidə etmədiklərini və bununla risk götürdüklərini bildirib.

BVF sədri, "Böyük çöküşlər görməyə yaxın olduğumuzu düşünürəm", - şərhini edib.

Laqard rəqəmsal pul texnologiyalarının geniş miqyaslı təsirlərinin izlənməsi lazım olduğuna diqqət çəkib.

Virtual pul vahidi Bitcoin-in qiyməti, Cümə axşamı günü əməliyyatlarda 5000 dollar səviyyəsini keçib. 

Bəzi ölkələrdə Bitcoin və digər virtual pul vahidləri ilə əməliyyatlara daha çox tələblər tətbiq edilməsi məsələsi tez-tez gündəmə gəlir.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296