DÜNYA

Parisə benzin avtomobillərin daxil olması qadağan ediləcək
13 OKTYABR
160

Parisə benzin avtomobillərin daxil olması qadağan ediləcək

2017-10-13 10:21:00

Paris Bələdiyyəsi şəhər mərkəzinə benzin ilə işləyən avtomobillərin daxil olmasını 2030-cu ildən etibarən qadağan etməyi planlaşdırır.

Fins.az xəbər verir ki, Bələdiyyənin nəqliyyat və yollarüzrə meneceri Kristof Najdovski dizel avtomobillərin şəhərin mərkəzinə girişinin 2025-ci ilə qədər qadağan olunacağını qeyd edib. Məqsəd Parisdə hava çirkinliyini qarşısını almaqdır. 
 
Nəqliyyatın daha çox metro və hibrid avtobuslarla təmin olunduğu Parisdə yaşayanların 60%-nin avtomobil sahibi olmadığı bildirilir.

Dünya Səhiyyə Təşkilatı, dünya miqyasında xərçəngdən ölümlərin ən əsas səbəbinin hava çirklənməsi olduğunu xəbərdarlıq etmişdi.

Dizel və benzin ilə işləyən avtomobillərin yaydığı istixana qazları, insan sağlamlığı üçün təhlükə yaradır.

Parisdə hava çirklənməsi nisbətinin artdığı dövrlərdə, tək və cüt nömrə qaydası tətbiq edilir.  .

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296