DÜNYA

Bitkoinin qiyməti 5 000 dollar həddini keçib
12 OKTYABR
159

Bitkoinin qiyməti 5 000 dollar həddini keçib

2017-10-12 14:08:00

Bitkoinin qiyməti 5 000 dollar həddini ötərək tarixi rekord səviyyəyə yüksəlib. Fins.az xəbər verir ki, hazırda bitkoin 5 145 dollara satılır.

Qeyd edək ki, bitkoinin qiyməti 2017-ci ilə 966 dollardan başlayıb. Hazırda bitkoin ilin əvvəli ilə müqayisədə 5,3 dəfə bahalaşıb.

"Report"un analitik qrupu bildirir ki, son zamanlar Çin, Avropa İttifaqı və Rusiya kimi ölkələr bitkoinin alqı-satqısı və emissiyasının məhdudlaşdırılması ilə bağlı açıqlamalar yaymasına baxmayaraq, bu kriptovalyutaya tələbat artmaqda davam edir. Bir qədər əvvəl isə Beynəlxalq Valyuta Fondu (İMF) bitkoinlərin legitimliyini tanıyıb.

Bildirək ki, 25 aprel 2010-cu ildə ilk rəsmi bitkoin satışı həyata keçirilib - 1 000 bitkoin 0,3 sentə dəyişdirilib. Yalnız 2011-ci ilin fevral ayında bitkoin dollarla paritetə çatıb və artıq 2011-ci il iyunun 9-da məzənnə 29,57 dollar/bitkoinə yüksəlib. Daha sonra 2 dollara qədər ensə də, 2013-cü ilin aprelində 266 dollara yüksələn bitkoin sonra yenidən 50 dollara qədər ucuzlaşıb. Həmin ilin noyabrında isə bitkoin 1 000 dollara qədər bahalaşıb və 2015-ci il yanvarında yenidən 200 dollara enib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0116
  • ₽ RUB
    0.0290