DÜNYA

Türkiyədə dollar 20% bahalaşa bilər – PROQNOZ
11 OKTYABR
213

Türkiyədə dollar 20% bahalaşa bilər – PROQNOZ

2017-10-11 12:25:00

Türkiyədə ABŞ dollarının məzənnəsi yaxın vaxtlarda 20% arta bilər.

Fins.az xəbər verir ki, bu proqnozu Fransanın nüfuzlu "Societe Generale" bankının analitikləri veriblər. 

Proqnozda bildirilib ki, dolların möhkəmlənməsinə səbəb kimi Türkiyə-ABŞ münasibətlərinin pozulması, türk maliyyə aktivlərinin real gəlirliliyinin azalması və daxili siyasətdə qeyri-müəyyənliklər göstərilib.

Bankın ekspertləri 3 aylıq call-opsiyaları 4,35 TRY/USD hədəfi ilə almağı, həmçinin lirəni rubla qarşı satmağı məsləhət görüblər.

Xatırladaq ki, hazırda Türkiyənin nağd valyuta bazarında dolların məzənnəsi 3,70 lirə təşkil edir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296