DÜNYA

OPEC/Barkindo: Bazarda sabitlik üçün "fövqəladə" addımlar atıla bilər
09 OKTYABR
116

OPEC/Barkindo: Bazarda sabitlik üçün "fövqəladə" addımlar atıla bilər

2017-10-09 10:21:00

OPEC-in Baş katibi Mohammad Barkindo, bazarda sabitliyin davam etdirilə bilinməsi üçün fövqəladə addımların atılması lazım ola biləcəyini deyib.

Barkindo, neft istehsalçılarının, bazardakı toparlanmanı 2018-də də davam etdirə bilmək üçün daha çox addım atmalarının lazım ola biləcəyinə deməsinə baxmayaraq, təklif artıqlığı olan bazarı yenidən tarazlığa qovuşdurmada müvəffəqiyyətli olduqlarını ifadə edib.

Fins.az xəbər verir ki, Barkindo, Bazar günü Yeni Delhidə etdiyi çıxışında, Səudiyyə Ərəbistanı və Rusiyanın, neft hasilatının məhdudlaşdırması razılaşmasının gələcəyinə dair müzakirələrə liderlik etdiyini bildirib. Razılaşma, Mart ayında sona çatacaq və istehsalçılar, razılaşmanın müddətini uzatmaq üzərə danışıqlar aparırlar.

Barkindo, "Sabitliyi gələn ildə də davam etdirmək üçün bəzi fövqəladə tədbirlərin görülə biləcəyi mövzusunda da fikir birliyi var" ifadəsini istifadə edib. Barkindo, bu tədbirlər haqqında detallı danışmayıb.

Bakı vaxtı ilə saat 10:10-da, Brent neftinin qiyməti 55.75 dollardır.  

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296