DÜNYA

İrlandiyada 850 rəsmi milyoner qeydə alınıb
06 OKTYABR
213

İrlandiyada 850 rəsmi milyoner qeydə alınıb

2017-10-06 16:55:00

İrlandiyanın vergi idarəsinin açıqlamasına görə, son illərdə ölkə iqtisadiyyatının sürətlə bərpa olunması milyonerlərin də sayının artımına səbəb olub. Bundan əlavə, varlıların gəlirləri son iki il ərzində təxminən iki dəfə yarım çoxalıb.

Vergilər.az saytına istinadən, əslində, ölkədə milyonerlərin sayı göstərilən rəqəmdən artıq da ola bilərdi. Vergi idarəsi birlikdə vergi bəyannaməsi təqdim edən ər-arvadı vahid vergiödəyicisi hesab etdiyinə görə, milyonerlərin sayı az göstərilir.

Nəzərə çatdırılıb ki, 850 milyonerin illik gəliri ümumilikdə 2,8 milyard avro, yəni adambaşına 3,4 milyon avro təşkil edir. Müqayisə üçün 2013-cü ildə İrlandiyada 616 rəsmi milyoner qeydə alınıb və onların illik gəlirinin ümumi məbləği 1,2 milyard avro təşkil edirdi.

Son illər İrlandiya iqtisadiyyatın artımı və vətəndaşların rifah halının yaxşılaşdırılması üzrə böyük irəliləyişlər nümayiş etdirir. Mütəxəssislər bunun səbəbini rasional vergi siyasətinin həyata keçirilməsində görürlər. Bu siyasət kiçik və orta biznesi İrlandiyaya cəlb edir.

“Intelligent Solution Group” beynəlxalq konsaltinq şirkətinin məlumatına əsasən, İrlandiya MDB-yə daxil olan ölkələrin vətəndaşları arasında qeyri-rezident şirkətlərin açılmasına görə ikinci yeri tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296