DÜNYA

Ədəbiyyat üzrə Nobel mükafatı qalibinin adı açıqlanıb
06 OKTYABR
100

Ədəbiyyat üzrə Nobel mükafatı qalibinin adı açıqlanıb

2017-10-06 15:29:00
2017-ci il ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb.
İsveç Kral Akademiyasının Nobel Komitəsinin qərarı ilə mükafata yazıçı Kadzuo İsiquro layiq görülüb. Yazıçı 8 noyabr 1954-cü ildə Yaponiyanın Naqasaki şəhərində anadan olub. Beş yaşında olarkən onun ailəsi İngiltərəyə köçüb. K. İsiquro 1978-ci ildə Kent Universitetində bakalavr dərəcəsi alıb. 1981-ci ildən yaradıcılıqla məşğuldur. O, “Məni getməyə qoyma”, “Uşaqlığı- mı axtaranda”, “Uzaq təpələr” və s. romanları ilə məşhurdur. “Məni getməyə qoyma” romanı əsasında film çəkilib. 1901-ci ildən təqdim olunan Nobel ədəbiyyat mükafatına ötən il amerikalı Bob Dilan layiq görülüb. Nobel mükafatlarının təqdimatı mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək. Hər mükafatın məbləği 1,12 milyon dollardır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297