DÜNYA

Türkiyədə saman qıtlığı yaranıb, qiymətlər kəskin yüksəlib
06 OKTYABR
218

Türkiyədə saman qıtlığı yaranıb, qiymətlər kəskin yüksəlib

2017-10-06 10:06:00

Türkiyədə saman qıtlığı yaranıb, qiymətlər kəskin yüksəlib. Heyvandarlıq sektoru çətin vəziyyətdədir.

Fins.az xəbər verir ki, ölkədə samanın tonu 700-750 lirəyə (330-350 manata) qalxıb. 

İzmir Damazlıq Mal-qara Sahibkarları Birliyi Bolqarıstandan 9 min tonluq saman idxalına dair müqavilə imzalayıb. Bundan sonra qiymətlər bir qədər aşağı düşüb.

Bu il quraqlıq səbəbindən saman istehsalının azaldığı və  bazarın tacirlərin əlində olması səbəbindən qiymətlərin qalxdığı bildirilib.

Birliyin sdri Ahmet Kocaağa, "Bazar tacirlərin əlindədir. Tacir də hər gün qiymət artırır. Samanda mövsümə tonu300-350 lirədən başladıq, bir həftədə 700-750 lirəyə çıxdı. İndi yenə də 600-625 lirə səviyyəsinə gəlib. Bizim idxal müqaviləmiz 9 min ton. Fermerə tonu 525 lirədən saman verirəm. Bu çatmasa idxala davam edəcəyik", deyə bildirib.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296