DÜNYA

Dollar ilə bağlı kritik məlumatlar açıqlanacaq
06 OKTYABR
2192

Dollar ilə bağlı kritik məlumatlar açıqlanacaq

2017-10-06 09:54:00

Bu gün ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq göstəricisi və işsizlik nisbəti açıqlanacaqdır.

Fins.az xəbər verir ki, Sentyabrda məşğulluğun 100 min artacağı və işsizlik nisbətinin 4,4% təşkil edəcəyi gözlənilir. Avqust ayında məşğulluq 156 min artmış, işsizlik nisbəti 4,4% təşkil etmişdi.

ABŞ-da bu gün açıqlanacaq kənd təsərrüfatı xaric məşğulluq göstəricisi, Fed-in 2017-ci il başa çatmadan faiz artırıb-artırmayacağına dair ipucu verə biləcəyi səbəbindəninvestorların diqqətindədir.

Əgər açıqlanacaq məşğulluq sayı 100 mindən yüksək olarsa Dollar bahalaşa, aşağı olarsa ucuzlaşa bilər.

ABŞ Dolları, kənd təsərrüfatı xaric məşğulluq göstəricisi ərəfəsində mühüm pullar qarşısında bahalaşır. Avro/Dollar məzənnəsi 1.17 səviyyəsinə düşüb (Avro ucuzlaşıb, Dollar bahalaşıb)

Məlumatlar Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaqdır.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+19°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296