DÜNYA

Avro, Evald Novotın açıqlaması ilə ucuzlaşdı
05 OKTYABR
206

Avro, Evald Novotın açıqlaması ilə ucuzlaşdı

2017-10-05 17:16:00

Avropa Mərkəzi Bankı (ECB) böyük ehtimalla 2018-ci ilin əvvəlindən monetar ekspansiyanı yavaşladacaq.

Bu açıqlama Avstriya Mərkəzi Bankının (ECB) İdarə Heyətinin üzvü Evald Novotnı tərəfindən verilib.

Bir neçə həftə sonra ECB monetar ekspanisiya proqramının perspektivlərini müzakirə etmək üçün toplanacaq. Ümumi həcmi 2,3 trln. avro (2,7 trln. dollar) olan cari proqramın müddəti dekabr ayında bitir. Oktyabrın 26-da ECB proqramı bitirmək, həcmini azaldaraq uzatmaq və ya hazırkı həcmdə uzatmaq barədə qərar qəbul edəcək. Xatırladaq ki, hazırda ECB Avropa maliyyə bazarlarından ayda 60 mlrd. avro (70 mlrd. dollar) həcmində istiqraz alır.

"Düşünürəm ki, 2018-ci ildən proqramı tədricən azaltmaq barədə qərar qəbul edəcəyik", - deyə Novotnı Avstriyanın "Trend" həftəlik jurnalına açıqlamasında bildirib. Buna səbəb, işsizliyin zəif templə azalması və inflyasiyanın kifayət qədər yüksəlməməsidir.

E.Novotnının açıqlamalarından sonra avro əsas rəqibi olan ABŞ dolları ilə müqayisədə ucuzlaşmağa başlayıb. Nəticədə, məzənnə 1,1770 USD/EUR-dan 1,1730 USD/EUR-a düşüb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296