DÜNYA

TANAP-ın Mərmərənin dibi ilə keçən hissəsinin tikintisinə start verilib
25 SENTYABR
133

TANAP-ın Mərmərənin dibi ilə keçən hissəsinin tikintisinə start verilib

2017-09-25 10:13:00

Trans-Anadolu Boru Kəmərinin (TANAP) Mərmərə dənizindən keçən hissəsinin inşasına başlanıb. Fins.az xəbər verir ki, boruların dənizin dibinə döşənməsi üçün Panamadan uzunluğu 153 metr olan xüsusi gəmi də cəlb olunub.

"Sapurakencana 1200" adlanan və çəkisi 32 504 ton olan gəmi artıq Çanakkala bölgəsinin Biqa qəsəbəsinin Kəmər kəndi ərazisində quruda boruların düzülməsinə başlayıb.

Beləliklə TANAP-ın sualtı və yerüstü hissələrinin ilk birləşməsi başlayıb. Kəmər Mərmərənin dibində 19 km məsafədə çəkiləcək və Təkirdağda bitəcək.

Xatırladaq ki, TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.

2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılan boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Əskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını "BOTAŞ" şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. Kəmərin 19 km-lik hissəsi Mərmərə dənizindən keçəcək.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285