DÜNYA

Novak: "Bu ilin II yarısında neftə tələbat artacaq"
22 SENTYABR
308

Novak: "Bu ilin II yarısında neftə tələbat artacaq"

2017-09-22 18:08:00

OPEC+ anlaşmasının iştirakçıları 2017-ci ilin II yarısında neftə olan tələbatın 2 mln. barel/gün artacağını proqnozlaşdırırlar. Fins.az "Report" agentliyinə istinadən xəbər verir ki, bunu OPEC+ neft nazirlərinin Monitorinq Komitəsinin bu gün keçirilən iclasında Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

"İlin ilk yarısı ilə müqayisədə neftə tələbatın 2 mln. barel/gün artacağını ehtimal edirik", - deyə nazir qeyd edib. Nazir əlavə edib ki, OPEC+ iştirakçıları 2018-ci ilin mart ayından sonrakı dövr üçün də strategiya işləyib hazırlamalıdır.

Xatırladaq ki, bu gün Vyanada keçirilən iclasda OPEC+ anlaşmasından azad olunan Nigeriya və Liviyanın neft hasilatı müzakirə olunacaq. Nigeriyanın neft naziri bugünkü açıqlamalarında OPEC+ anlaşmasına qoşula biləcəklərini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289