DÜNYA

ABŞ-ın neft ehtiyatları 1% artıb
20 SENTYABR
179

ABŞ-ın neft ehtiyatları 1% artıb

2017-09-20 19:16:00

ABŞ-ın neft ehtiyatları sentyabrı 9-dan 15-nə qədər davam edən həftə ərzində 4,591 mln. barel və yaxud 1% artaraq 472,8 mln. barelə çatıb.

Fins.az "Report"-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyinin-nin Energetika İnformasiyaları İdarəsi məlumat yayıb.

Xatırladaq ki, "Reuters" agentliyinin keçirdiyi sorğuda iştirak etmiş analitiklər artımın 3,9 mln. barel olacağını ehtimal edirdilər.

Hesabat dövründə ölkənin benzin ehtiyatları isə proqnozlara uyğun olaraq 2,12 mln. barel və ya 1% azalaraq 217,2 mln. barelə düşüb.

ABŞ-da neft ehtiyatlarının artması dünya bazarından neftin ucuzlaşmasına səbəb olmayıb. "Brent" markalı neftin 1 barelinin qiyməti 1%-ə yaxın artaraq 56,2 dollar/barelə yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297