DÜNYA

ABŞ-da qum biznesi başlayır
15 SENTYABR
752

ABŞ-da qum biznesi başlayır

2017-09-15 17:28:00

Neftlə zəngin Texasda torpaqlar üzərində “müharibə” gedir. Bu dəfə investorları qum maraqlandırır. Fins.az qərb mediasına istinadən xəbər verir ki, şirkət sahibləri qum əldə edərək şist neft və qaz hasilatçılarına satmaq istəyirlər. Belə ki, qum Permian Basin yatağında çıxarılan boş yerlərə doldurulur. Adətən şirkətlər şist neftin çıxardıldığı yerdən uzaq məsafədən qum gətirirdilər. Lakin 2014-ci ildə neftin qiymətinin enməsindən sonra xərcləri azaltmaq üçün qazıntıları başqa qaydada aparmağa və qumun daha yaxın məsafədən gətirilməsinə başlanıldı. Daha sonra mütəxəssislər qumu 2 min kilometr aralıda olan Vikonsindən gətirilmənin vacib olmadığını və qumu daha yaxından almağa başladılar. Çünki qumun gətirilməsinin nəqliyyatına xərclənən vəsait qumun özündən baha başa gəlirdi. Bundan sonra yerli investorlar neft hasil edən şirkətlərə qumu Texasın qərbindən gətirməyə başlayıblar.

Ekspertlər qeyd edir ki, Texasda Midlend şəhərinin yaxınlığında 18 qum karyerinin yaradılması planlaşdırılır. Hazırda adı çəkilən ərazidə fəaliyyət göstərən və Hi-Crush Partners şirkətinə məxsus  karyer il ərzində 3 milyon ton qum çıxardır.

2016-cı ilin əvvəlində ABŞ-da qumun tonu 16 dollar olduğu halda hazırda bu qiymət 45 dollar təşkil edir. Analitiklərin fikrincə əgər bazarda qum istehsalçıları tərəfindən təklif çoxalarsa onda qiymətlər enə bilər. Lakin ekspertlərin fikrincə bu qədər qum karyerinin tezliklə açılacağı gözlənilmir. Bundan başqa bəzi uğursuz biznesmenlərin də bu dövriyyədən çıxacağı güman olunur.  Hi-Crush şirkətinin direktoru Robert Rasmusun  sözlərinə görə kiçik şirkətlər qum bazarında rəqabətə dözə bilməyəcək belə ki, qumun daşınılmasında xeyli sayda böyük yük maşınlarına ehtiyac var. Onun sözlərinə görə il ərzində Permian Basin-a lazımı qumun daşınılması üçün yük maşınları 120 min səfər etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287