DÜNYA

Dünya maye yanacaq istehlakı 2040-cı ilə 19% artacaq
15 SENTYABR
190

Dünya maye yanacaq istehlakı 2040-cı ilə 19% artacaq

2017-09-15 14:26:00

Neft və digər maye yanacaq növlərinin dünya üzrə istehlakı 2015-2040-cı illər arasında nəqliyyat və sənaye sektorlarının hesabına 19% artacaq. Fins.az-ın verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Energetika İnformasiyaları Agentliyinin (EİA) proqnoz hesabatında bildirilir.

Agentlik qeyd edir ki, qlobal maye yanacağın istehlakı 2015-ci ildəki 95 mln. barel/gündən 2030-cı ildə 104 mln. barel/günə, 2040-cı ildə isə 113 mln. barel/günə yüksələcək. Artım, əsasən, OECD üzvü olmayan ölkələr hesabına formalaşacaq. Bu ölkələrdə maye yanacağa tələbat 2040-cı ilə qədər orta hesabla hər il 1,3% artacaq. OECD ölkələrində isə tələbat cüzi də olsa, azalmağa davam edəcək.

EİA-nın hesabatına görə, bərpa olunan enerji dünyada ən sürətlə artan enerji mənbəyi olacaq. 2015-2040-cı illərdə bərpa olunan enerji hər il orta hesabla 2,3% artım göstərəcək.

Ənənəvi xammal yanacağı isə əsas enerji mənbəyi statusunu qoruyub saxlayacaq və 2040-cı ilə qədər onun dünya enerji istehlakında payı 77% təşkil edəcək. Bu yanacaq növləri arasında ən çox istehlak ildə orta hesabla 1,4% qaz üzrə olacaq.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285