DÜNYA

Rusiya 55 milyard dollar itirdi
15 SENTYABR
497

Rusiya 55 milyard dollar itirdi

2017-09-15 11:35:00

Rusiya iqtisadiyyatı Krımın birləşdirilməsindən sonra ona tətbiq edilən sanksiyalar nəticəsində 55 mlrd. ABŞ dolları itirib.

"Interfax" agentliyi xəbər verir ki, bu barədə BMT-nin hesabatında qeyd olunub. Hesabat İspaniyanın "EFE" agentliyi tərəfindən yayımlanıb

Hesabatda bildirilir ki, Rusiyaya qarşı sanksiyalar qarşı tərəfə aylıq 3,2 mlrd. avro (3,8 mlrd. dollar) zərər vurur. Əsas zərəri avrozona ölkələrinin çəkdiyi bildirilir. BMT-nin xüsusi məruzəçisi İdris Cəzairinin sözlərinə görə, sanksiyaların tətbiqindən 3 il keçib və onun effektivliyinin ölçülməsinin vaxtı gəlib çatıb. "Mən bunu dərhal etməyi məsləhət görürəm", - deyə BMT rəsmisi əlavə edib. Onun fikrincə, sanksiyalar, tədricən aradan qaldırılmalı, xüsusən də əhaliyə mənfi təsir edən sanksiyalar ilk növbədə ləğv edilməlidir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287