DÜNYA

Türkiyənin inkişaf sürəti əcnəbi iqtisadçıları heyrətləndirib
15 SENTYABR
367

Türkiyənin inkişaf sürəti əcnəbi iqtisadçıları heyrətləndirib

2017-09-15 09:57:00

2017-ci ildə Türkiyə iqtisadiyyatı 5,8 faiz arta bilər. Belə bir nikbin proqnozu Almaniya Kommersiya Bankı – “Commerzbank”ın baş iqtisadçısı Татха Qxoş “Anadolu” agentliyinə müsahibəsində səsləndirib. Almaniyalı mütəxəssis qeyd edib ki, bu ilin ikinci rübü ərzində Türkiyənin iqtisadi inkişaf sürəti 5,1 faiz təşkil edib. Xarici sərmayədarların Türkiyə iqtisadiyyatına marağı güclənməkdə davam edir. Onun sözlərinə görə, Türkiyə iqtisadiyyatı üçün aparıcı sahələrdən biri olan turizm sektoru da sürətlə inkişaf edir. Nəticə etibarilə bu iqtisadi inkişafı stimullaşdırır. Tamxa Qxoş sonra deyib: “Türkiyəyə turistlərin axını artıq əvvəlki səviyyəyə çatıb, bu da büdcə qalığının azalmasına müsbət təsir göstərir. Türkiyənin aktivlərinə gəldikdə isə, bu sahədə də proqnozlar müsbətdir”. Bununla bərabər, almaniyalı mütəxəssis hesab edir ki, ABŞ- da Federal Ehtiyat Sisteminin dolların faiz dərəcəsini artırması ehtimalı və başqa yüksək faiz dərəcələri 2018-ci ildə Türkiyə iqtisadiyyatına mənfi təsir göstərə bilər. Mənzil-qərargahı Londonda yerləşən “Rahobank”ın inkişaf etməkdə olan ölkələrin valyutaları üzrə araşdırmaçısı, nüfuzlu iqtisadçı Petr Matis hesab edir ki, Türkiyə iqtisadiyyatı 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhddən və bu ölkədəki bir sıra ağır terror aktlarından sonra sürətlə bərpa olunmaqda davam edir. P.Matis deyib: “Türkiyənin iqtisadi inkişaf sürəti çox heyrətləndiricidir. Ölkənin ortamüddətli iqtisadi inkişaf proqnozları da ümidvericidir”. İngiltərəli mütəxəssis hesab edir ki, Türkiyə iqtisadiyyatında iş adamları üçün yaradılan maliyyə maraqları davamlı inkişafı təmin edir, lakin sonrakı dövrdə struktur islahatları aparılmazsa, iqtisadi inkişaf davamlı olmayacaq. Onun sözlərinə görə, struktur islahatları ölkə daxilində kapital yığımının artmasına, əmək məhsuldarlığının yüksəlməsinə, sərmayə imkanlarının genişlənməsinə gətirib çıxarır. Sürətli iqtisadi artım, ilk növbədə özəl istehlakın yüksəlməsi, sərmayələrin və ixracın artması hesabına təmin edilir. P.Matisə görə, Türkiyənin milli valyutası – lirə Şimali Koreyanın nüvə silahı ilə yaranmış gərginliklər və regiondakı başqa risklər qarşısında faktiki olaraq dayanıqlıq nümayiş etdirib. Ekspertin sözlərinə görə, türk lirəsi dollara nisbətdə ilin sonuna qədər bahalaşa bilər. Belə ki, bir dollar 3,35 türk lirəsinə dəyişdirilə bilər. Hazırda bir dollar 3,46 lirəyə dəyişdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0296
  • ₽ RUB
    0.0295