DÜNYA

Funt sterlinqin kəskin möhkəmləndi
13 SENTYABR
199

Funt sterlinqin kəskin möhkəmləndi

2017-09-13 11:04:00

Britaniyada geyim əşyalarının qiymətlərinin son 30 ildə ən yüksək həddə çatması nəticəsində avqust ayı inflyasiya göstəricisinin 2,9% təşkil etməsi funt sterlinqin kəskin möhkəmlənməsinə gətirib çıxarıb.

“Vestifinance” agentliyinə istinadən, bu barədə Britaniyanın Milli Statistika İdarəsi məlumat yayıb.

Fins.az xəbər verir ki, geyim və ayaqqabı qiymətləri avqust ayında 4,6% artım göstərərək ümumi inflyasiyanın sürətlənməsinə səbəb olub. Analitiklər inflyasiyanın sürətlənməsini funt sterlinqin ötən ilin iyun ayında keçirilən “Brexit” referendumundan sonra baş verən 20%-ə yaxın ucuzlaşması ilə izah edirlər.

Qeyd edək ki, inflyasiyanın yüksəlməsi İngiltərə Mərkəzi Bankını (BoE) uçot dərəcəsini artırmağa məcbur edə bilər. Belə ki, hazırda inflyasiya hədəf 2% həddini xeyli üstələyib. BoE sədri Mark Karni maliyyə naziri Filip Xemmonda yazdığı məktubda inflyasiyanın hədəfi 1 faiz bəndi kənarlaşması halında monetar siyasətlərinə yenidən baxa biləcəkləri barədə xəbərdarlıq edib.

Xatırladaq ki, bu gün USD/GBP məzənnəsi 0,8% artaraq 1,3270-ə çatıb.

©Banker

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+24°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293