DÜNYA

Türkiyə iqtisadiyyatı 5,1% artıb
11 SENTYABR
199

Türkiyə iqtisadiyyatı 5,1% artıb

2017-09-11 17:01:00

Türkiyə iqtisadiyyatı 2017-ci ilin II rübündə 5,1% artım göstərib. Fİns.az xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi (TÜİK) məlumat yayıb.

Qeyd edək ki, "Anadolu Agentliyi" tərəfindən keçirilən sorğuda iştirak edən 13 iqtisadçının orta proqnozuna görə, ötən rüb üzrə ÜDM-in 5,4% artması gözlənilirdi.

Hesabat dövründə əmək haqlarında artım illik müqayisədə 10,8% artım göstərib. Əmək haqlarının əlavə dəyərin strukturunda xüsusi çəkisi 2016-cı ildəki 38,1%-dən 36,2%-ə geriləyib.

Mal və xidmətlərin ixracı isə 10,5%, idxal 2,3% artıb.

Xatırladaq ki, bu ilin ilk rübündə Türkiyədə iqtisadi artım 5% olub.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285