DÜNYA

Çin benzinlə işləyən avtomobilləri qadağan etmək barədə düşünür
11 SENTYABR
199

Çin benzinlə işləyən avtomobilləri qadağan etmək barədə düşünür

2017-09-11 10:01:00

Dünyanın ən böyük avtomobil bazarı olan Çin yanacaqla işləyən avtomobillərin istehsalının və satışının ləğvi barədə düşünür.

Fins.az bildirir ki, Çin hökuməti Fransa və Böyük Britaniyanın yolu ilə gedərək 2040-cı ilədək yanacaqla işləyən avtomobillərin satışını qadağan etmək niyyətindədir.

Tianjində keçirilən beynəlxalq avtomobil forumunda çıxış edən Çinin sənaye nazirinin müavini Sin Quobin bildirib ki, bu addım ölkənin avtomobil sənayesində köklü dəyişikliklərə səbəb olacaq.

Nazir müavini istehsalçıları ənənəvi avtomobillərin enerjiyə qənaət səviyyəsini artırmağa və təmiz enerji ilə işləyən nəqliyyat vasitələri sənayesini inkişaf etdirməyə çağırıb.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0421
  • ₽ RUB
    0.0293