DÜNYA

Rusiya Cənubi Koreyaya ildə 12 milyard kubmetr qaz ixracı məsələsini müzakirə edir
08 SENTYABR
139

Rusiya Cənubi Koreyaya ildə 12 milyard kubmetr qaz ixracı məsələsini müzakirə edir

2017-09-08 09:50:00

Rusiya Cənubi Koreyaya ildə təxminən 12 milyard kubmetr qaz ixracı məsələsini müzakirə edir. Bu barədə jurnalistlərə Rusiyanın energetika naziri Aleksandr Novak Şərq İqtisadi Forumu zamanı məlumat verib.

Fins.az xəbər verir ki, nazirin sözlərinə görə, məsələ hələlik müzakirə mərhələsindədir. Tərəflər sövdələşmənin dəyərini, investisiyanın həcmini nəzərdən keçirirlər.

Eyni zamanda, Forum çərçivəsində prezident Vladimir Putin Koreya Xalq Demokratik Respublikasını da iqtisadi əməkdaşlığa cəlb etməyə çağırıb. Onun sözlərinə görə, Rusiya konkret təkliflər, o cümlədən Şimali Koreyadan keçməklə dəmir yolu və boru kəməri xətlərinin Cənubi Koreyaya çəkilməsinə dair fikir irəli sürür. Cənubi Koreya prezidenti Mun Çje İn gələcəkdə kommunikasiya xətlərinin Şimali Koreya ərazisindən çəkilməsi layihəsinin həyata keçiriləcəyinə ümid bəslədiyini ifadə edib.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285