DÜNYA

Kanada dolları kəskin bahalaşıb
07 SENTYABR
495

Kanada dolları kəskin bahalaşıb

2017-09-07 17:04:00

Kanada Mərkəzi Bankı son 3 ay ərzində uçot dərəcəsini 2-ci dəfə artırıb. 

Fins.az "Report"-a istinadən xəbər verir ki, maliyyə bazarları uçot dərəcəsinin 0,75% səviyyəsində saxlanılacağını proqnozlaşdırsalar da, sözügedən göstərici 1%-ə qaldırılıb. 

Son nəticədə Kanada dolları ABŞ dolları qarşısında 2,25% dəyər qazanaraq 26 aylıq rekordu yeniləyib. Belə ki, CAD/USD nisbəti 1,2417 -dən 1,2136-ya düşüb, hazırda isə 1,218-dir. Son 4 ayda isə Kanada dolları ABŞ dollarına nisbətən 12% möhkəmlənib. 

Kanada Mərkəzi Bankı gələcək pul-kredit siyasətini iqtisadi göstəricilərə və maliyyə bazarlarındakı konyunktura uyğun olaraq müəyyən edəcəyini bildirib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291