DÜNYA

Rusiyada dolların məzənnəsi 57 rubldan aşağı düşüb
07 SENTYABR
296

Rusiyada dolların məzənnəsi 57 rubldan aşağı düşüb

2017-09-07 16:59:00

Rusiyada ABŞ dollarının məzənnəsi 2017-ci ilin iyun ayının 14-dən bəri ilk dəfə 57 rubldan aşağı düşüb. 

Fins.az "Report"-a istinadən xəbər verir ki, buna səbəb kimi Amerika valyutasının bütün dünyada ucuzlaşması və neftin bahalaşması göstərilir. 

Qeyd edək ki, qlobal maliyyə bazarında əsas valyuta cütlüyü sayılan USD/EUR nisbəti Avropa Mərkəzi Bankının (ECB) bugünki iclası ərəfəsində 1,2 səviyyəsinə yaxınlaşıb və bu da son 32 ayın maksimal həddidir. Neft qiymətləri isə son 3-4 ayın ən yüksək həddinə - 54,67 dolalr/barelə çatıb. Bu iki amil və Rusiya istiqrazlarına tələbatın artması dolların məzənnəsinin düşməsinə səbəb olub. "Report"un analitik qrupu RUB/USD məzənnəsinin yaxın 1 il ərzində 55-62 diapazonunda dəyişəcəyini proqnozlaşdırır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294